Avrokuboklarda II təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, görüşlərdən sonra UEFA reytinqində bəzi dəyişikliklər olub. Azərbaycan sıralamada 1 pillə irəliləyib.

Buna səbəb "Zirə"nin "Dunayska Streda”nı 4:0, "Sabah"ın "Makkabi"ni (Hayfa) 3:0 hesabı ilə məğlub etməsi olub.

Hazırda hesabında 17,750 əmsalı olan ölkəmiz 24-cü pillədə qərarlaşıb. Azərbaycan Slovakiyanın geridə qoyub.

Bu mövsümkü qazancımız isə 1,000-dir.