Azərbaycan Basketbol Liqasında 2-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün 2 qarşılaşma keçirilib.

"Neftçi" son çempion "Sabah"la qarşılaşıb. Görüş "bayquşlar"ın qələbəsi ilə başa çatıb - 93:75.

Növbəti görüş Gəncədə keçirilib. Qarşılaşmada yerli komanda "Quba" ilə üz-üzə gəlib. Oyun 90:62 hesabı ilə başa çatıb.