Azərbaycan Basketbol Liqasında II turun yeni oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, B qrupunda qarşılaşan "Ordu" "Şəki" kollektivini məğlub edib.

Bakı İdman Sarayında keçirilən matç birincilərin 104:84 hesabı ilə qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, günün ikinci matçında "Sərhədçi" "Abşeron"la münasibətlərini aydınlaşdıracaq.