Azərbaycan Basketbol Liqasında 2-ci turun daha bir qarşılaşması baş tutub

Offsideplus.az xəbər verir ki, B qrupunda “Sumqayıt” ev sahibi olaraq “Lənkəran”la üz-üzə gəlib.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş qonaq komandanın 93:71 hesablı üstünlüyü ilə başa çatıb.

A qrupunun açılış matçında “Naxçıvan” NTD kollektivini 72:71 hesabı ilə məğlub edib.

2-ci turun digər matçları oktyabrın 26-27-də reallaşacaq.