"Sabah" basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" 20:00-da Bakı İdman Sarayında "Maroussi" ilə üz-üzə gəlib.

Görüş Yunanıstan təmsilçisinin 70:82 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki. "Sabah" ilk matçda 1 xallıq fərqlə "Spirou"ya uduzmuşdu (82:81).