Oktyabrın 9-da "Sabah" Avropa kubokunda qrup mərhələsinə start verəcək.

Offsideplus.az xəbər verir ki, ölkə çempionu turnir üçün iştirak ərizəsini təqdim edib.

Rimas Kurtinaitis qitəmiqyaslı turnirdə 14 basketbolçunun xidmətindən yararlanacaq:

Əlikamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Aydın İbrahimov, Tariel Yusifzadə, Ramiz Quliyev(hamısı Azərbaycan), Deandre Baldvin, Kameron Blue, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ) , Artyoms Butyankovs, Klavs Kavars (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).  

Qeyd edək ki, "bayquşlar" ilk oyunda Belçika təmsilçisi "Spiru" ilə üz-üzə gələcək.