Kişi həndbolçulardan ibarət “Bakı” klubunun Avropa kuboku üçün iştirak ərizəsi bəlli olub.

Offsideplus.az xəbər verir ki, yarışa 2-ci mərhələdən başlayacaq təmsilçimiz 15 həndbolçu sifariş edib.

Komandanın qapısını Kamil Məmmədzadə və rusiyalı Rüstəm Hüseynov qoruyacaqlar. Teymur Axundov, Nicat Əzizov, Elnur Hüseynzadə, Kamran Məmmədov, Elgün Məmmədrəhimov, Elgün Məmmədzadə, Sabir Nəzərəliyev, Fərid Səvziyev, Aleksandr Serqunin, Malik Şəfiyevin yer aldığı heyətdə üç legioner də çıxış edəcək. Bunlar rusiyalı Valeri Kramarov, ukraynalı Vladislav Napadaylo, belaruslu Artyom Skribadır.

Qeyd edək ki, Eldar Fərəcovun yetirmələri 2-ci mərhələdə Monteneqro təmsilçisi “Lovçen”lə görüşəcək.