Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “NTD” klubunda 5 ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yerli oyunçulardan Rəşid Abbasov, legionerlərdən isə Qriffin Remmi, Eysan Vayli, Cared Smоll və Daniel Vestbrukla (hər biri ABŞ-ı təmsil edir) başa çatan müqavilələr uzadılmayıb.
Qeyd eədk ki, ötən mövsüm Xaçmazı təmsil edən “NTD” yeni sezonda Bakını təmsil edəcək.