Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə” klubunda kütləvi ayrılıqlar yaşanıb.

İdman.biz xəbər verir ki, klub 6 basketbolçusu ilə vidalaşıb.

Bunlar Donovan Filds, Tevon Horton, İrşad Hant, Culs Mur, Derek Rouds və Kenyon Dulinqdir.

Qeyd edək ki, bundan əvvəl klubun baş məşqçisi Bedri Meriç də bölgə təmsilçisi ilə yollarını ayırıb.