UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” bu gün səhər saatlarında İsveçə yollanıb.
Offsideplus.az xəbər verir ki, Bakı-İstanbul-Göteborq reysi ilə səfərə çıxan təmsilçimiz Göteborqdan oyunların keçiriləcəyi Uddevalla şəhərinə avtobusla yola düşəcək. Baş məşqçi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin matçlarına 3-ü qapıçı olmaqla 14 futzalçı aparıb. Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.