Basketbol üzrə Avropa Çempionatında mübarizə aparacaq yeniyetmə qızlardan ibarət Azərbaycan millisinin oyun təqvimi məlum olub.

Offsideplus.az xəbər verir ki, yığma C divizionunda ilk oyununu Ermənistana qarşı keçirəcək. Qarşılaşma iyulun 9-da, saat 15:00-da start götürəcək.

Evren Alkayanın rəhbərlik etdiyi kollektiv 10 iyulda Gürcüstanla, bir gün sonra isə Kiprlə üz-üzə gələcək. Hər iki matçın start fiti 12:30-da səslənəcək.