“İnter Mayami”nin hücumçusu Lionel Messi Avropa klubunda oynaya bilər.

Offsideplus.az bildirir ki, “İnter Mayami” klubunun sosial şəbəkələrdə verdiyi məlumata görə, Amerika komandası MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməsə, “İnter Mayami”nin tanınmış oyunçuları qısamüddətli kreditlə Avropaya gedə biləcəklər. Beləliklə, argentinalı ulduz hücumçu Lionel Messinin Avropa klublarından birinə düşməsi mümkündür.

Qeyd edək ki, Lionel Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.