Xorvatiyanın Osiyek şəhərində Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turniri keçirilir.

Offsideplus.az xəbər verir ki, stolüstü tennis üzə U-13 milli komandamız gümüş medal qazanıb. Yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız ¼ finalda Sloveniya millisini 5-1, yarımfinalda ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyib.

Finalda isə Çexiya seçməsinə 1-5 hesabı ilə uduzan idmançılarımız fəxri kürsünün ikici pilləsində qərarlaşıblar.

Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.