Stolüstü tennisçimiz Yağmur Məmmədli Antalyada təşkil olunan “Pro-Tur” beynəlxalq turnirində mükafatını qazanıb.

Offsideplus.az xəbər verir ki, yarışının qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı ¼ finalda Duru Kırbacı, ½ finalda Gülce Dönməzi mübarizədən kənarlaşdırıb.

Finalda isə Nil Basarana 2-3 hesabı ilə uduzan Yağmur turnirin gümüş mükafatına layiq görülüb.