Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 10-cu tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son matçında UNEC "Abşeron"a 0:3 (22:25, 14:25, 19:25) hesabı ilə uduzub

Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş "Abşeron" qu qələbədən sonra xallarını 30-a çatdırıb. 5 xalı olan UNEC isə sonuncu - 5-ci pillədə qərarlaşıb.