Sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova - Azərbaycan oyunu üçün açıqlanmış hakim təyinatlarında dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, Çoreskudakı “Futzal Arena”da baş tutacaq matçda polşalı Dominik Çipinskini Belçikadan olan Yasin Alageyk əvəzləyəcək. 

Qeyd edək ki, sabah keçiriləcək oyuna saat 20:30-da start veriləcək.