Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Moldova millisinə qarşı keçirəcək yığmamız martın 6-da Bakı-İstanbul-Kişinyov reysi ilə Kişinyova yollanıb.

Offsideplus.az xəbər verir ki, dünən axşam saatlarında Moldovanın paytaxtına çatan və “Bristol Hotel”də məskunlaşan komandamız bu gün oyunun keçiriləcəyi Çoreskudakı "Futzal Arena"da ilk məşqini reallaşdırıb. 

Qeyd edək ki, martın 9-da keçiriləcək Moldova - Azərbaycan matçı saat 20:30-da başlayacaq.