Azərbaycan yeniyetmə cüdo Millisi Dünya Çempionatından 4 medalla qayıtdı.

Offsideplus.az xəbər verir ki, Peruda keçirilən yeniyetmələrin dünya çempionatında Azərbaycan milli komandası uğurla çıxış edərək, ümumilikdə 4 medal qazandı. Sonuncu yarış günündə tatamiyə çıxan Sübhan Axundov (+90 kq) təəssüf ki, ilk görüşündə məğlub olub.

Daha öncə Nihad Məmişov (55 kq) və Cəsur İbadlı (73 kq) dünya çempionu adını qazanaraq qızıl medallarla ölkəmizi sevindirmişdilər. Məhəmmədəli Hüsiyev (50 kq) və Mehdi Abbasov (81 kq) isə bürünc medal qazanaraq Azərbaycanın medallarına yenilərini əlavə etdilər.

Yığmamız medal sıralamasında yalnız Yaponiya komandasına uduzub.