"Hazırlıq prosesi plan üzrə gedir".
Offsideplus.az xəbər verir ki, bunu Sərbəst güləş üzrə milli komandamızın baş məşqçisi Xetaq Qazyumov federasiyanın mətbuat xidməsinə açıqlamasında deyib.
Mütəxəssis qeyd edib ki, güləşçilər qələbəyə kökləniblər:
"Olimpiada üçün son təlim-məşq toplanışıdır. Güləşçilər qələbəyə kökləniblər. Ümid edirəm ki, Olimpiya Oyunlarında ən yaxşı güləşlərini nümayiş etdirəcəklər. Bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. Ümid edirəm ki, toplanışı zədəsiz başa vurarıq. Sonra olimpiada bayramı başlayacaq".
Olimpiya Oyunlarında güləş yarışları avqustun 5-də start veriləcək.