3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start verilib. 

Offsideplus.az-ın Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirdə 8 kollektiv 2 qrupda çıxış edir. 

Açılış oyununda A qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi "Baku Flames" ilk oyunda Niderlandla qarşılaşıb. 

Görüş rəqibin vaxtından əvvəl qələbəsi ilə başa çatıb - 21:4

Azərbaycan təmsilçisi bu gün daha iki kollektivlə qarşılaşacaq. Komandamız Avstraliya və Çinin U-24-lə üz-üzə gələcək. 

B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.