"Beşiktaş" klubu braziliyalı futbolçu Qabriel Paulista ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Q. Paulista anası xəstə olduğu üçün klubdan ayrılmaq istəyib.
Onun vətəni Braziliyaya qayıdacağı gözlənilir.
35 yaşlı müdafiəçi 2024-cü ilin yayından "Beşiktaş"da çıxış edir. O, burada 45 oyuna çıxıb.



