"Fənərbağça"nın transferi baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, söhbət Coy Veermandan gedir.
Futbolçu keçən həftə" Fənərbağça" ilə şifahi razılığa gəlmişdi, lakin klub prezidenti üzərində aparılan məhkəmə araşdırması səbəbindən transfer həm PSV, həm də Veerman üçün riskli oldu.
Buna görə də, PSV oyunçunu mövsümün sonuna qədər komandada saxlamağa razı sala bildi, futbolçu da "Fənərbağça"nın təklifini rədd etdi.




