Nigeriya milli komandasında zədədən sonra meydana qayıdan “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin MRT müayinəsində ikinci dərəcəli əzələ gərginliyi və qanaxma aşkar edilib.
Offsideplus.az xəbər verir ki, futbolçunun 3-4 həftə ərzində sağalması gözlənilir.
“Türkiye” qəzetində yer alan xəbərə görə, Osimhen 1 dekabrda keçiriləcək “Fənərbağça” derbisində oynamaq istədiyini bildirib.
Qeyd edək ki, ulduz futbolçu "Gençlerbirliyi" və Çempionlar Liqasında ABŞ-ın "Gillouise" komandasına qarşı oyunlarda meydanda olmayacağı dəqiqləşib.



