"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssisin səhər saatlarında damar tıxanıqlığından uğurlu əməliyyat keçirdiyi bildirilib. Onun durumunun yaxşı olduğu bildirilib.
S. Yalçın bu ilin sentyabrında yenidən "Beşiktaş"a qayıdıb. Onun komandası 20 xalla Süper Liqada 6-cı yerdədir.



