"Qalatasaray" Kerem Aktürkoğlu transferində "Fənərbağça"ya problem yaradacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serhan Türk məlumat yayıb. Keremin "Benfika"dan "Fənərbağça"ya transfer olunmazdan əvvəl klubla müqaviləsində "Qalatasaray"ın ilkin satın alma haqqı yer alıb. Portuqaliya klubu həmin maddə əsasında bu gün "Qalatasaray"a xəbər göndərib. "Cim-Bom" isə geridönüş etməyib. Belə ki, klubun 5 gün müddəti var və "Qalatasaray" mümkün qədər transferə razılıq vermə qərarını yubatmaq istəyir.
"Qalatasaray" son qərarını 3 sentyabrda versə, "Fənərbağça" Kerem Aktürkoğlunu avrokuboklad üçün sifariş ərizəsinə daxil edə bilməyəcək. Qeydiyyat müddəti 2 sentyabr gecəsi bitəcək.



