"Beşiktaş" klubu məşqçisi Ole-Qunnar Sulşerlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, rəhbərlik "Lozanna"ya məğlub olub, avrokuboklarda mübarizəni dayandırandan sonra bu qərarı verib.

Artıq norveçli mütəxəssisin yerinə kimin gələcəyi də məlumdur.

Sergen Yalçın "ağ-qaralar"ın yeni baş məşqçisi olacaq. Onunla razılığa gəlinib.

Bu, S. Yalçının "Beşiktaş"da 2-ci dönəmi olacaq. O, 2021-ci ildə kluba Türkiyə çempionluğunu qazandırıb.