"Fənərbağça" "Zaltsburq"un futbolçusu Dorjeles Nene üçün danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu ilə razılıq əldə edən "sarı-lacıvərdlilər" klubu ilə danışıqları davam edir.
Onların təklifi 16+4 milyon avrodur. Klublar arasında razılaşma yaxın görünür.
Bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Nene iki mövsümdür "Zaltsburq"da çıxış edir. O, burada 85 oyunda 22 qol vurmağı bacarıb.
Onu da qeyd edək ki, 22 yaşlı vinger "Benfika" ilə matçlarda "Fənərbağça"ya kömək edə bilməyəcək. Avstriya klubunun heyətində "Brügge" ilə oyunda meydanda olduğu üçün qaydalara görə iki klubun heyətində Çempionlar Liqasının təsnifat mərhələsində matça çıxa bilməz.



