"Beşiktaş" növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi "Lester"dən Vilfrid Ndidini heyətinə cəlb edib. Nigeriyalı futbolçu üçün İngiltərə klubuna 8 milyon avro ödənəcək.

Onunla 3+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ndidi bu yay "Beşiktaş"ın 4-cü transferi olub. "Qara-qartal" daha əvvəl David Yuraşek, Temmi Abraham və Orkun Kökçünü transfer etmişdi.