"Beşiktaş" Aleks Oksleyd-Çemberleynlə yollarını ayırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, tərəflər müqaviləni ləğv etmək barədə razılığa gəlir. Buna görə İstanbul klubu ingilis futbolçuya sözləşmənin ləğvinə görə 1.5 milyon avro ödəyəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Oksleyd-Çemberleyn 2023-cü ildən "Beşiktaş"dan çıxış edirdi. O, burada 50 oyuna çıxıb və 5 qol vurub.



