"Qalatasaray" klubu Fernando Musleranın əvəzedicisini tapıb.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" serbiyalı qapıçı Corce Petroviç ilə şifahi razılıq əldə edib. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray"ın transferi gerçəkləşdirmək üçün "Çelsi" ilə danışıqları davam edir.
Qeyd edək ki, son mövsümü icarə əsasında "Strasburq"da keçirən 25 yaşlı qolkiperin "zadəganlar"la müqaviləsinin müddəti 2030-cu ildə başa çatacaq.