"Fənərbağça" 16 yaşlı Amara Diufu transfer edir.

Offsideplus.az xəbər verir ki, o, ötən il 15 yaşında olarkən Seneqal yığmasında debüt etməyi bacarıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Diuf vinger mövqeyində çıxış edir. O, 2023-cü ildə Seneqal U-17 komandası ilə  Afrika Kubokunda çempion olub və turnirin bombardiri olmağı bacarıb.

Gənc futbolçunu həmyerlisi Sadio Maneyə bənzədirlər. Onun yeni Mane ola biləcəyi düşünülür.