Türkiyə Super Liqasında medallar uğrunda yarışan "Samsunpor" bu həftəsonu "Fənərbağça"nın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, Anadolu klubunun baş məşqçisi Tomas Rays "sarı-lacıvərdlilər"i necə məğlub edəcəklərini açıqlayıb.

"Fənərbağça"ya qarşı basqılı bir oyun oynamaq istəyirik. Avropa Liqasından döndükləri üçün yorğun ola bilərlər, bundan istifadə etməyə çalışacağıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, "Samsunspor" hazırda 50 xalla Super Liqada 3-cü yeri tutur. "Fənərbağça" isə 61 xalla 2-ci pillədə qərarlaşıb.