"Qalatasaray" Türkiyə Super Liqasında növbəti oyununu səfərdə "Kasımpaşa"ya qarşı keçirəcək.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" matça 3 itki ilə çıxacaq.
Yunus Akgün "Fənərbağça"ya qarşı matçda sarı vərəqə aldığı üçün cəzalı vəziyyətə düşüb və növbəti qarşılaşmanı buraxmalı olacaq.
İsmail Yakobs və Alvaro Morata isə zədə səbəbindən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, görüş martın 2-si tarixində baş tutacaq.


