"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça"ya qarşı oyunun baş hakimi Slavko Vinçiçdən narazı qalıb.
Offsideplus.az xəbər ki, türk mütəxəssis sloveniyalı referi barədə bu sözləri səsləndirib:
"Çempionlar Liqası finalını idarə etmiş hakimin nə qədər bərbad performans ortaya qoyduğunu və əlinin titrədiyini gördük. Heç nə olmamış, fit səsləndirirdi. Çox pis faullar verdi, oyunu pis dayandırdı. Mert voleybol oynadı, dördüncü hakim əl olduğunu dedi, ona da qulaq asmadı. Türk hakimlərinə hörmətsizlikdir. Türk olduğu üçün dördüncü hakimi dinləməmək hörmətsizlikdir. Oyundan sonra Vinçiçə dedim. Dedim ki, türk hakimlərdən daha pis idarə etdin. Əli-ayağı titrədi".
Qeyd edək ki, görüş 0:0 hesabla yekunlaşıb. Vinçiç qarşılaşmada "Qalatasaray"a 5, "sarı-lacivərtlər"ə isə 2 sarı vərəqə göstərib.