"Beşiktaş" Trendyol Süper Liqanın 25-ci həftəsində səfərdə “İkas Eyüpspor”u 3:1 hesabı ilə məğlub edərkən, qarşılaşmadan sonra "ağ-qaralar"ın prezidenti Serdal Adalı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Adalı qələbəni belə şərh edib:
“Gözəl futbol, gözəl qələbə. Qalib gəlmək çox gözəldir. Yaxşıya doğru gedirik. Daha da yaxşı olacağıq. Baş məşqçimizi, onun heyətini və futbolçularımızı təbrik edirəm. Hamısına təşəkkür edirəm. Bu soyuqda bizi tək qoymayan azarkeşlərimizə ayrıca təşəkkür edirəm. Yaxşıya doğru gedirik. Qarşıdakı həftələrdə daha yaxşı olacağıq.”