"Qalatasaray"ın icarə əsasında "Napoli"dən heyətinə qatdığı ulduz futbolçu Viktor Osimhen onun transferi ilə maraqlanan klublar üçün tələblərini ortaya qoyub.

Offsideplus.az xəbər verir ki, nigeriyalı oyunçu Çempionlar Liqasında oynamaq istəyir və yüksək maaş gözləntisi var. Bu barədə İngiltərə mediasından "Team Talk"da məlumat yayılıb. 

Hətta 26 yaşlı hücumçunun menecerini də dəyişdiyi iddia olunur.

Qeyd edək ki, Osimhen 2024/25 mövsümündə "sarı-qırmızı" forma ilə 24 oyuna çıxıb və 19 qola, 5 məhsuldar ötürməyə imza atıb.