"Qalatasaray" Nigeriyalı ulduz hücumçu Viktor Osimhenin transferi üçün tarixi bir təklif hazırlayıb.
Offsideplus.az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar", "Napoli"nin 25 yaşlı forvardını heyətinə qatmaq üçün ciddi addımlar atır. Məlumata görə, "Qalatasaray" "Napoli"yə pul və bir neçə futbolçudan ibarət mübadilə təklifi təqdim edib. Bu təklifin futbol tarixində nadir hallarda rast gəlinən bir transfer modeli olduğu qeyd edilir. Lakin İtaliya klubunun hələlik bu təklifə necə reaksiya verdiyi bilinmir.
Osimhenlə maraqlanan təkcə İstanbul təmsilçisi deyil. İngiltərənin nəhəng klubları – "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Aston Villa" və "Nyukasl Yunayted" də hücumçunu transfer etmək istəyir. Bu isə Türkiyə nəhəngi üçün rəqabəti daha da çətinləşdirir.
Xatırladaq ki, Viktor Osimhen bu mövsüm "Napoli" forması ilə əla çıxış edib və bir çox Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.