"Beşiktaş" "Tottenhem"in sol cinah müdafiəçisi Serxio Reqilonla maraqlanır.

Offsideplus.az "Haber Türk"ə istinadən xəbər verir ki, "qara qartallar" ispaniyalı müdafiəçini komandaya cəlb etmək istəyirlər. Mənbələrin yazdığına görə cinah müdafiəçisi ilə "Qalatasaray" da maraqlanır.

Qeyd edək ki, oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Hüseyn Rəşadoğlu