"Qalatasaray" klubunda yeni müqavilə imzalanıb.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" yetirməsi olan Metehan Baltacı ilə sözləşmənin müddətini uzadıb. 22 yaşlı müdafiəçi 2027-28 mövsümünün sonuna qədər "sarı-qırmızılar"ın formasını geyinəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Metehan 2021-ci ildən "Qalatasaray"ın əsas heyətinə cəlb olunub. O, müxtəlif illərdə "İskenderunspor", "Eyüpspor" və "Manisa"da forma geyinib.