Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, "Bodrum" İsmet Taşdemir ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
2021/22 mövsümündə komandanın "sükanı arxası"na gələn mütəxəssis klubu II Liqadan Super Liqaya qədər yüksəltməyi bacarıb.
Qeyd edək ki, Trendyol Super Liqasında Taşdemirin rəhbərliyi altında 10 matçda meydana çıxan "Bodrum" 3 qələbə, 1 bərabərlik və 6 məğlubiyyətlə üzləşib.