"Qalatasaray"ın ulduzu İspaniya təmsilçisinin "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, Yunus Akgün "Real Sosyedad"ın diqqətini çəkib. Bu barədə "Fichajes" məlumat yayıb.
Futbolçunun "sarı-qırmızılar" la 2026-cı ilə qədər müqaviləsi var. İspanların oyunçu üçün ilkin olaraq 7 milyon avro təklif edəcəyi qeyd olunub.
Xatırladaq ki, ötən mövsümü icarə əsasında "Lester Siti"də keçirən Yunus yeni mövsümdə "aslanlar"ın heyətində 13 matçda 5 qola və 1 məhsuldar ötürməyə imza atıb.


