Mövsümün sonunda "Qalatasaray"dan ayrılacağı gözlənilən Fernando Musleranın yerinə yeni namizəd müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Nant"ın qapıçısı Alban Lafont ilə maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Qolkiper ilə görüşün baş tutduğu və onun İstanbul təmsilçisinə keçməyə müsbət yanaşdığı qeyd olunub. İnformasiyada fransızların 25 yaşlı "çərçivə qoruyucusu" üçün 15 milyon avro tələb etməsi yer alıb.