"Qalatasaray" Qabriel Saranın satışı üçün rekord qiymət müəyyənləşdirib. 

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"la 5 illik müqavilə imzalayan 25 yaşlı futbolçunun başqa komandaya transferindən klub rəhbərliyi 40 milyon avro qazanmağı hədəfləyib. Bu barədə Türkiyə mediasından "Milliyet" qəzeti məlumat yayıb.

Braziliyalı nəzərdə tutulan məbləğdə satılarsa, Türkiyə Super Liqası tarixində yeni rekorda imza atmış olacaq. Belə ki, xaricə satışından ən yüksək əldə olunan gəlir 2 şəxsə aiddir. "Qalatasaray"dan "Bayern"ə gedən Saşa Boe ilə "Fənərbağça"dan "Brayton"a keçən Ferdi Kadıoğlu klublarına 30 milyon avro qazandırmaqla bu uğura nail olmuşdular. 

Qeyd edək ki, Qabriel Sara İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 11 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.