"Qalatasaray"ın mövsümün sonunda Fernando Muslera ilə yollarını ayıracağı gözlənilir. 

Offsideplus.az xəbər verir ki, Uruqvaylının yerinə axtarışlara başlayan "sarı - qırmızılar"ın siyahısında 3 namizədin yer aldığı iddia olunur. Bu barədə Türkiyə mediasında məlumat yayılıb. 

Qolkiperlərdən 1-i xarici, 2-si isə türkdür. Adlar arasında "Fənərbağça"nın sabiq qapıçısı da var.

1. İstanbul təmsilçisinin ən güclü namizədi Aleks Meretdir. 27 yaşlı italiyalının "Napoli" ilə müqaviləsi mövsümün sonu başa çatır.

 2. "Aslanlar"ın türk namizədlərindən biri Doğan Alemdardır. 21 yaşlı "çərçivə qoruyucusu"nun "Renn" ilə 2027-ci ilə qədər kontraktı var. 

3. Sonuncu ad isə Berke Özerdir. 24 yaşlı qapıçının "Eyüpspor"la müqaviləsi mövsümün sonunda başa çatır. Özer daha öncə "Fənərbağça" forması da geyinib.