"Trabzonspor"un ulduz futbolçusu zədələnib.

Offsideplus.az xəbər verir ki, "Konyaspor"a qarşı oynanan matçda ayağında yaranan problem səbəbilə meydanı tərk edən Ozan Tufan bir müddət meydanlardan uzaq qalacaq. Bu barədə klub ictimaiyyətə açıqlama verib:

"Oyunçumuzun sağ ayaq biləyində bağ yaralanması müəyyən edilib, tibbi heyətimiz tərəfindən müalicəsinə başlanılıb".

Qeyd edək ki, Ozan komandaya yay "transfer pəncərəsi"ndə "Hull Siti"dən keçib.