İstanbul "üçlüsü" cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası İntizam Şurası "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"a cəza verib.

TFF-nin açıqlamasına görə, "sarı-qırmızılar" 433 500, "sarı-lacivərdlilər" 486 000, "ağ-qaralar" isə 168 000 lirə cərimələnib.

3 "böyük"lə yanaşı "Göztepe" və "Konyaspor" 168 000, "Antalyaspor" ilə "Kasımpaşa" 40 500 lirə dəyərində cəzalanıb. 

"Kasımpaşa"nın xorvat oyunçusu Josip Brekaloya rəqibə qarşı ciddi qayda pozuntusu səbəbilə 2 oyunluq qadağa qoyulub.