"Fənərbağça" rəhbərliyi Jose Mourinyonun bəyəndiyi futbolçunun transferi üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qış "transfer 

pəncərəsin"də "Nyukasl"ın formasını geyinən Kieran Trippierin komandaya gətirilməsini klub rəhbərliyinə bildirib. Bu barədə "The Sun" məlumat yayıb.

Futbolçu ilə "Milan" və "Atalanta"nın da maraqlandığı, lakin "sarı-lacivərdlər"in bu keçidi həll edə biləcəyi qeyd olunub.

34 yaşlı oyunçu Premyer Liqanın yeni mövsümündə 3 matçda meydana çıxıb.