"Qalatasaray" yeni transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" "Frayburq" klubundan Roland Sallaini heyətinə cəlb edib. Türkiyə nəhəngi bu keçidə görə Almaniya klubuna 6 milyon avro ödəniş edəcək.
Futbolçu ilə 4 illik müqavilə imzalanıb. Hər mövsüm üzrə illik məvacib 2.5 milyon avro civarındadır.
Qeyd edək ki, sağ cinah hücumçusu Macarıstan millisinin üzvüdür.