Viktor Osimhenin transferindən sonra "Qalatasaray" Kerem Aktürkoğlu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Portuqaliya nəhəngi "Benfika" Kerem Aktürkoğlunu heyətinə qatıb.

Transferin son anlarında hava limanında imzalar atılıb. 25 yaşlı futbolçu "Benfika"da illik 2 milyon avro qazanacaq. Kərəmin transferi üçün "Benfika" "Qalatasaray"a 12 milyon avro ödəyib. Bundan əlavə, futbolçunun gələcək transferindən 10 faiz pay alınacaq.