"Fənərbağça"nın Ferdi Kadıoğlunun gedişindən sonra sol cinah müdafiəçisi transfer edib-etməyəcəyi geniş müzakirə mövzusuna çevrilib.

Offsideplus.az xəbər verir ki, bu kontekstdə maraqlı bir iddia ortaya çıxıb. "Çelsi"nin futbolçusu Ben Çilvelin "Fənərbağça"ya keçidi müzakirə olunur.

Klub Kadıoğlunun yerini məhz müdafiəçi ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, 2020-ci ildə "Lester Siti"dən 50 milyon avro qarşılığında "Çelsi"yə transfer olunan 27 yaşlı futbolçu ötən mövsüm 21 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.